...

Göyçayda futbol festivalı təşkil olunub

İdman Materials 7 Oktyabr 2022 05:42 (UTC +04:00)
Göyçayda futbol festivalı təşkil olunub

Bakı. Trend:

UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı, Göyçay rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Göyçay şəhər stadionunda 11-14 yaşlı uşaqlar üçün əyləncəli futbol festivalı keçirilib.

Trend AFFA-ya istinadla xəbər verir ki, festivala 100-dən çox uşaq cəlb olunub.

Festival zamanı futbol oynayan iştirakçılar, topla müxtəlif hərəkətlər icra edib, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda hər bir iştirakçıya AFFA və UEFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və digər rəsmi şəxslər birlikdə təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti