...

İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib

İdman Materials 16 Oktyabr 2022 20:47 (UTC +04:00)

Bakı. Trend:

Bu gün növbəti “El Klasiko” oynanılıb.

Trend-in məlumatına görə, “Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər.

Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti