Bakı. Trend:
"Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua "France Football" jurnalının versiyasına görə, Lev Yaşin adına ilin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.
Trend xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimi bazar ertəsi Parisdəki "Şatle" teatrında keçir.
T.Kurtuanın 30 yaşı var, keçən mövsüm ilk dəfə Çempionlar Liqasının qalibi olub, o, həmçinin üçüncü dəfə İspaniya çempionatını və ikinci dəfə İspaniya Superkubokunu qazanıb.