...

Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib (FOTO)

İdman Materials 23 Oktyabr 2022 12:44 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib (FOTO)

Bakı. Trend:

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. Mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Trend bazar günü Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, dünya çempionlarının şərəfinə Azərbaycan Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimindən sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti