Bakı. Trend:
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo səhhətindəki problemlərə görə Nigeriya ilə yoldaşlıq görüşündə oynamayacaq.
Trend-in məlumatına görə, Portuqaliya komandasının baş məşqçisi Fernandu Santuş deyib.
"Sabah üçün o hazır olmayacaq, istirahət edir. Bildiyiniz kimi, qastrit futbolçuları fiziki cəhətdən zəiflədir", - deyə F.Santuş bildirib.
Portuqaliya - Nigeriya matçı noyabrın 17-də Lissabonda keçiriləcək. Oyun Portuqaliya yığmasının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığı çərçivəsində keçiriləcək.