...

I Beynəlxalq “Ocaq” Kubokunun iştirakçılarını bədii gimnastikaya böyük məhəbbət birləşdirir – yarışın bürünc mükafatçısı

İdman Materials 26 Noyabr 2022 23:09 (UTC +04:00)
I Beynəlxalq “Ocaq” Kubokunun iştirakçılarını bədii gimnastikaya böyük məhəbbət birləşdirir – yarışın bürünc mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

I Beynəlxalq “Ocaq” Kubokunun iştirakçılarını bədii gimnastikaya böyük məhəbbət birləşdirir.

Bunu şənbə günü Trend-ə yarışın ikiqat bürünc mükafatçısı, gənc gimnast Kamilla Bağırova deyib.

Kamilla Bağırova 2015-ci il təvəllüdlü gimnastlar arasında topla hərəkət və çoxnövçülük üzrə I Beynəlxalq "Ocaq" Kubokunda bürünc medal qazanıb.

"Burada mehribandır atmosfer var, kubokun iştirakçıları arasında dostlarım da var, bir-birimizə kömək etməyə, dəstək olmağa çalışırıq", - deyə gənc idmançı bildirib.

Yeddi yaşlı idmançı 3 ildir bədii gimnastika ilə məşğul olduğunu bildirib.

"İlk dəfə televizorda gimnastların çıxışlarını gördüm və dərhal məşq etmək həvəsim yarandı. İdmanda uğur qazandığım üçün şadam, ümid edirəm ki, gələcəkdə böyük nailiyyətlərim olacaq", - deyə gimnast əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti