...

FİFA Qətərdəki çempionatdan əldə etdiyi gəliri açıqladı

İdman Materials 17 Dekabr 2022 10:02 (UTC +04:00)
FİFA Qətərdəki çempionatdan əldə etdiyi gəliri açıqladı

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Qətərdə keçirilən dünya çempionatını tarixin ən yaxşısı adlandırıb.

Trend xəbər verir ki, İnfantino FİFA-nın mundialdan əldə etdiyi gəliri də açıqlayıb.

"Bu, tarixin ən yaxşı dünya çempionatı idi. Qadın hakimləri və yarımfinala yüksələn Mərakeş yığmasını xüsusi qeyd etmək istərdim. Dünya çempionatı bütün istiqamətlərdə inanılmaz dərəcədə uğurlu keçdi. FİFA-nın bu mundialdan əldə etdiyi gəlir 7,5 milyard dollardır. Bu, 4 il əvvəlki çempionatdan əldə edilən gəlirdən 1 milyard dollar çoxdur. Bu il dünya çempionatının oyunlarına 3,27 milyon tamaşaçı gəlib. Bu rəqəm Rusiyadakı çempionatda 3,03 milyon nəfər idi. Azarkeşlərin çoxu turnirə Səudiyyə Ərəbistanı, Hindistan, ABŞ, Böyük Britaniya və Meksikadan gəlib”, - deyə İnfantino bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti