...

Avstriyada Olimpiya təlim düşərgəsində 37 cüdoçumuz iştirak edir

İdman Materials 10 Yanvar 2023 07:39 (UTC +04:00)
Avstriyada Olimpiya təlim düşərgəsində 37 cüdoçumuz iştirak edir

Bakı. Trend:

Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir. Yanvarın 17-dək keçiriləcək təlim-məşq toplanışına böyüklərdən və gənclərdən ibarət kişi milli yığma komandadan 27 idmançı qatılıb. Qadınlardan ibarət milli yığma komandadan isə 10 cüdoçu iştirak edir.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə bildiriblər ki, 1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var.

“Yeni təqvim ilinin başlanğıcıdır və bu təlim-məşq ilin ilk rəsmi toplanışı olduğu üçün buraya çoxlu sayda reytinqli idmançı qatılıb. İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran-Pri və Paris Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq”, - deyə böyüklərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti