...

"Sevilya" klubunun yeni baş məşqçisinin adı açıqlanıb

İdman Materials 22 Mart 2023 05:28 (UTC +04:00)
"Sevilya" klubunun yeni baş məşqçisinin adı açıqlanıb

Bakı. Trend:

Xose Luis Mendilibar İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi təyin edilib.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytındakı məlumatda bildirilib.

62 yaşlı ispaniyalı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi hesablanıb. Onun son iş yeri "Alaves" klubu olub.

Xose Luis Mendilibar bu vəzifədə çərşənbə axşamı qovulan argentinalı Xorxe Sampaolini əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti