...

UEFA Avropa Liqası: "Sevilya" və "Mançester Yunayted" 1/4 finalda heç-heçə edib

İdman Materials 14 Aprel 2023 01:22 (UTC +04:00)
UEFA Avropa Liqası: "Sevilya" və "Mançester Yunayted" 1/4 finalda heç-heçə edib

Bakı. Trend:

İngiltərənin “Mançester Yunayted” futbol klubu və İspaniyanın “Sevilya” komandası Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda qalibi müəyyən etməyiblər.

Trend-in məlumatına görə, Mançesterdəki görüş 2:2 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyətində Marsel Sabitser dubla imza atıb (14 və 21-ci dəqiqələr). "Sevilya"nın aktivində İngiltərə komandasının oyunçuları Tayrell Malasiya (85) və Harri Maquayerin (90+3) avtoqollarıdır.

Cavab qarşılaşması aprelin 20-də Sevilyada keçiriləcək.

Oyun gününün digər görüşlərinin nəticələri: "Bayer 04" (Almaniya) - "Union" (Belçika) - 1:1,

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 1:0.

Turnirin finalı mayın 31-də Budapeştdə baş tutacaq.

Avropa Liqasının hazırkı qalibi Almaniyanın "Ayntraxt" klubudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti