...

Azərbaycan millisi güləş üzrə Avropa çempionatında ilk medalını qazanıb

İdman Materials 18 Aprel 2023 21:27 (UTC +04:00)
Azərbaycan millisi güləş üzrə Avropa çempionatında ilk medalını qazanıb

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

Trend-in məlumatına görə, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ilk görüşdə almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib.

Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti