...

“Neftçi” Ukrayna klubunun üzvü ilə maraqlanır

İdman Materials 19 Aprel 2023 04:18 (UTC +04:00)
“Neftçi” Ukrayna klubunun üzvü ilə maraqlanır

Bakı. Trend:

Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. “Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb.

Trend-in məlumatına görə, bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən U-21 yığmamızın üzvü ilə “Neftçi” danışıqlar aparır. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq.

Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən E.Mustafayevin klubla müqaviləsi mövsümün sonunadəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti