...

Dünya Kubokunun iştirakçısı olduğum üçün xoşbəxtəm - Hindistanlı gimnast

İdman Materials 21 Aprel 2023 23:10 (UTC +04:00)
Dünya Kubokunun iştirakçısı olduğum üçün xoşbəxtəm - Hindistanlı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun təşkili gözəldir, yarışın iştirakçısı olmaqdan xoşbəxtəm.

Bu barədə Trend-ə Dünya Kubokunun iştirakçısı, Hindistandan olan idmançı Ananiya Soman deyib.

"Yarışda ab-hava əladır, təşkilatçılıq əladır. Burada hər şey tam olaraq qrafikə uyğun olduğunu, gecikmələr, qrafikdən kənarlaşmalar olmadığını bəyənirəm", - deyə o qeyd edib.

Hindistandan olan gimnast Milli Gimnastika Arenasının onda böyük təəssürat yaratdığını vurğulayıb:

"Bakıdakı gimnastika arenası böyük və genişdir. İlk dəfə burada olanda bir az həyəcanlı idim. Amma sonra hazırlıq və məşq prosesində öyrəşdim, uyğunlaşdım və özünə inam eldə etdim".

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti