...

"Mançester Yunayted" Neymarı transfer etməkdə maraqlıdır

İdman Materials 25 Aprel 2023 04:28 (UTC +04:00)
"Mançester Yunayted" Neymarı transfer etməkdə maraqlıdır

Bakı. Trend:

İngiltərə Premyer Liqası klubu "Mançester Yunayted" Fransanın PSJ və Braziliya milli futbol komandasının hücumçusu Neymarla maraqlanır.

Trend xəbər verir ki, bu barədə "Footmercato" agentliyi məlumat yayıb.

İngiltərə klubu hələ futbolçunun transferi ilə bağlı parislilərə rəsmi təklif irəli sürməsə də, artıq bir neçə aydır ki, futbolçunun Liqa 1 komandasındakı mövqeyi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.

Daha əvvəl bildirilmişdi ki, PSJ klubunu cari mövsümün sonunda genişmiqyaslı dəyişikliklər gözləyir. Klub rəhbərliyi 35 yaşlı argentinalının xidmətindən imtina edərək, Kilian Mabppe - Lionel Messi - Neymar hücum üçlüyünü dağıtmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti