...

Formula 1 komandalarının sprint yarışı başa çatıb (FOTO)

İdman Materials 29 Aprel 2023 13:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sprint yarışı başa çatıb.

Trend-in məlumatına görə, mövsümün ilk sprint yarışının təsnifat mərhələsinin qalibi "Ferrari" komandasından olan Şarl Lekler olub. O, qəza vəziyyətinə düşsə də, özünü vəziyyətdən çıxardaraq liderliyə nail olub.

"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti