...

UEFA Avropa Liqası: “Yuventus” ilə “Sevilya” heç-heçə edib

İdman Materials 12 May 2023 01:10 (UTC +04:00)
UEFA Avropa Liqası: “Yuventus” ilə “Sevilya” heç-heçə edib

Bakı. Trend:

UEFA Avropa Liqasının 1/2 finalında İtaliyanın "Yuventus" futbol klubu ilə İspaniyanın "Sevilya" komandası arasındakı oyun heç-heçə ilə başa çatıb.

Trend-in məlumatına görə, görüşün 1:1 hesabı ilə yekunlaşıb.

"Sevilya" 26-cı dəqiqədə Yusif Ən-Nəsirinin qolu sayəsində hesabda önə keçib. "Yuventus" ikinci hissənə əlavə vaxtının yeddinci dəqiqəsində Federiko Qattinin qolu ilə hesabı bərabələşdirib.

Paralel keçirilən digər qarşılaşmada İtaliyanın “Roma” komandası doğma meydanında Almaniyanın “Bayer” komandasını 1:0 hesabı ilə məğlub edib. Qolu Edoardo Bove (63-cü dəqiqə) vurub.

Cavab qarşılaşmaları mayın 18-də müvafiq olaraq “Sevilya” və “Bayer Leverkuzen”in meydanlarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti