...

“Sevilya” yeddinci dəfə Avropa Liqasının finalına yüksəlib

İdman Materials 19 May 2023 01:51 (UTC +04:00)
“Sevilya” yeddinci dəfə Avropa Liqasının finalına yüksəlib

Bakı. Trend:

İspaniyanın “Sevilya” komandasının futbolçuları Avropa Liqasının yarımfinal mərhələsinin ikinci oyununda İtaliyanın “Yuventus” klubu üzərində əzmkar qələbə qazanıblar.

Trend-in məlumatına görə, Sevilyadakı qarşılaşmada 2:1 hesablı nəticə qeydə alınıb. Hesabı 65-ci dəqiqədə “Yuventus”un hücumçusu Duşan Vlahoviç açıb. 71-ci dəqiqədə İspaniya klubunun futbolçusu Suso hesabı bərabərləşdirib. Erik Lamelanın dəqiq zərbəsi (95) ilə "Sevilya" qələbə qazanıb.

İlk görüş 1:1 hesabı ilə başa çatıb. “Sevilya” “Yuventus”u ümumi hesabda 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.

Finalda “Roma” ilə “Sevilya” üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti