...

Bakıya gələn növbəti türk nəhəngi “Fənərbaxça” ola bilər

İdman Materials 31 May 2023 16:39 (UTC +04:00)
Bakıya gələn növbəti türk nəhəngi “Fənərbaxça”  ola bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Zirə” futbol klubunun və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” komandasının baş katibi Burak Kızılhanla görüşüb.

Trend xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Fənərbağça” klubunun ofisində keçirilən görüşdə, həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin İdarə Heyətinin üzvləri də iştirak ediblər.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti