...

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi məlum oldu (FOTO)

İdman Materials 9 İyun 2023 15:21 (UTC +04:00)
"Əziz Şuşa" beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi məlum oldu (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Gəncə. Trend:

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.

Trend xəbər verir ki, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Gəncə İcra Hakimiyyətinin binasının önündə yekunlaşıb.

İdmançılar Qəbələ - Gəncə marşrutu üzrə 170 km məsafə qət ediblər. Gəncənin mərkəzinə hamıdan tez çatan velosipedçi belçikalı Yari Verstraeten olub. Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim ikinci, qazaxıstanlı Anton Kuzmin üçüncü yeri tutub.

İlk iki turdan sonra ümumi sıralamada liderliyə italiyalı idmançı Emanuele Ansolini yüksəlib.

Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti