...

Azərbaycan bokçusu finala yüksəlib və Paris-2024-ə lisenziya qazanıb

İdman Materials 30 İyun 2023 22:50 (UTC +04:00)
Azərbaycan bokçusu finala yüksəlib və Paris-2024-ə lisenziya qazanıb
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Azərbaycan bokçusu Məhəmməd Abdullayev finala yüksəlib və Paris-2024-ə lisenziya qazanıb.

Trend xəbər verir ki, Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.

Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.

O, finala çıxmaqla özü üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.

Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarının bürünc medalına da qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti