...

Azərbaycan Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib (FOTO)

İdman Materials 25 İyul 2023 02:48 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 24-də Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar ümumi yığıncağı keçirilib.

Trend Komitəyə istinadla xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.

Yığıncaqda 2022-ci il ərzində görülən işlər barədə hesabat, İlqar Rəhimovun Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının prezidenti seçilməsi ilə əlaqədar Milli Paralimpiya Komitəsi prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar arzu edib.

İlqar Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.

Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul olunub.

Gündəliyə uyğun olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.

Səsvermənin nəticəsinə əsasən Hidayət Abdullayev komitənin yeni prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Hidayət Abdullayev göstərilən etimada görə minnətdarlığını bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılarımıza olan xüsusi diqqətinin nəticəsi olaraq ölkəmizdə idman sahəsi hər il daha da genişlənir. Xüsusilə də əlilliyi olan şəxslərin idmana marağının artırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.

Vitse-prezident İlham Zəkiyev və İdarə Heyətinin yeni üzvü Jalə Əhmədova çıxışlarında bu sahənin inkişafı istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti