...

Polşada güləş üzrə beynəlxalq turnirdə idmançılarımız daha iki medal qazanıblar

İdman Materials 30 İyul 2023 01:06 (UTC +04:00)
Polşada güləş üzrə beynəlxalq turnirdə idmançılarımız daha iki medal qazanıblar
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Polşada güləş üzrə beynəlxalq turnir davam edir.

Trend xəbər verir ki, yarişin dördüncü günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Osman Nurmaqomedov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb – 9:0. Nurmaqomedov daha sonra iki amerikalı güləşçini - Maykl Makkiavello (8:2) və Nikolas Stemmeti (11:0) məyus edib. Finalda polşalı Mixal Bielavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Georgi İvanovu (11:0), daha sonra isə almaniyalı Gennadi Kudinoviçi (6:4) üstələyib. Ancaq finalda amerikalı Nikolas Viazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

İyulun 30-da milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti