...

Boksçularımız MDB Oyunlarında iştirak edəcək

İdman Materials 4 Avqust 2023 05:09 (UTC +04:00)
Boksçularımız MDB Oyunlarında iştirak edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gənc boksçulardan ibarət Azərbaycan milli komandaları II MDB Oyunlarında iştirak edəcək. Avqustun 4-dən 14-dək Belarusda keçiriləcək yarışda yığmamız 16 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Boks Federasiyasından Trend-ə bildirilib ki, Belarusda baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Ramal Yolçuyev (48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Aslan Quliyev (63,5 kq), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq) və Həsən Sadıqzadə (+92 kq) qüvvəsini sınayacaq.

Qızlardan ibarət komanda yarışda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, oyunlarda Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq), Aynur Mikayılova (54 kq) və Qızbəs İsgəndərə (60 kq) şans verəcək.

Belarusda Emil Qurbanəliyev isə referi kimi Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu gün səfərə yollanan komanda avqustun 14-də Bakıya qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti