...

Üzgüçümüz dünya çempionatının qızıl medalını qazandı

İdman Materials 4 Avqust 2023 23:12 (UTC +04:00)
Üzgüçümüz dünya çempionatının qızıl medalını qazandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb.

Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti