...

Neymar bu yay "Barselona"ya qayıda bilər

İdman Materials 6 Avqust 2023 01:54 (UTC +04:00)
Neymar bu yay "Barselona"ya qayıda bilər

Bakı. Trend:

Qətər Şeyxi Mabhut Əl-Marri sosial şəbəkələrdə Fransanın "PSJ" futbol klubunun hücumçusu Neymarın bu yay "Barselona"ya qayıdacağını yazıb.

Trend-in məlumatına görə, "Mundo Deportivo" nəşri iddia edir ki, Əl-Marri "PSJ" və "Barselona" dairəsinə yaxındır və həmçinin Kataloniya komandasının prezidenti Joan Laporta ilə dostdur.

Avqustun 5-də Neymar sosial şəbəkələrdən PSJ-nin futbolçusu olması ilə bağlı məlumatı silib.

31 yaşlı Neymar 2017-ci ildən "Pari Sen-Jermen"də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin martda ayaq biləyindən aldığı zədə səbəbindən oynaya bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti