...

Azərbaycanlı şahmatçıların Bakıda keçirilən Dünya Kubokunda tay-breki keçirilir

İdman Materials 7 Avqust 2023 16:11 (UTC +04:00)
Azərbaycanlı şahmatçıların Bakıda keçirilən Dünya Kubokunda tay-breki keçirilir
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün, yəni avqustun 7-də Bakıda şahmat üzrə Dünya Kubokunda üçüncü turun tay-brek matçı keçirilir.

Trend bazar ertəsi xəbər verir ki, tay-brekdə üçüncü turda iki klassik partiyanın nəticəsinə əsasən rəqibləri ilə heç-heçə nəticə göstərən üç azərbaycanlı şahmatçı - Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abasov iştirak edir.

Dünya Kubokunun 1/32 finalında kişilər arasında Teymur Rəcəbovun rəqibi Xayme Santos Latasa (İspaniya), Rauf Məmmədovun rəqibi Yan Nepomnyaççi (FIDE), Nicat Abbasovun rəqibi isə Aniş Giridir (Niderland).

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti