...

Bakıda şahmat üzrə Dünya Kuboku: dördüncü raundun ikinci partiyası keçirilir

İdman Materials 10 Avqust 2023 16:57 (UTC +04:00)
Bakıda şahmat üzrə Dünya Kuboku: dördüncü raundun ikinci partiyası keçirilir
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 10-da Bakıda şahmat üzrə Dünya Kubokunun dördüncü raundu (kişilər arasında 1/16 final, qadınlar arasında isə 1/8 final) keçirilir.

Trend cümə axşamı xəbər verir ki, azərbaycanlı şahmatçı Nicat Abasov dördüncü raunda çıxıb.

Abasovun dördüncü raunddakı rəqibi Peter Svidlerdir (FIDE).

Dördüncü raundun dünən baş tutan birinci klassik partiyasını azərbaycanlı şahmatçı heç-heçə ilə başa vurub.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FIDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti