...

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ilk kuboku qazanıb

İdman Materials 13 Avqust 2023 01:04 (UTC +04:00)
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ilk kuboku qazanıb

Bakı. Trend:

“Əl-Nasr” Ərəb Çempionlar Kubokunun final oyununda “Əl-Hilal”ı məğlub edib.

Trend-in məlumatına görə, Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə başa çatıb. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo iki dəfə fərqlənib.

Bununla Ronaldo “Əl-Nəsr” klubunda ilk kuboku qazanıb.

Ümumilikdə Ronaldonun klub səviyyəsində 30 kuboku var.

Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.

Ronaldonun son Avropa klubu İngiltərənin "Mançester Yunayted"i olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti