...

Azərbaycan boksçuları II MDB Oyunlarını 10 medalla başa vurublar

İdman Materials 13 Avqust 2023 10:49 (UTC +04:00)
Azərbaycan boksçuları II MDB Oyunlarını 10 medalla başa vurublar
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Trend-ə bildiriblər ki, milli komandamız mötəbər turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medallara sahib olublar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə milimizin aktivinə bürünc medallar yazdırıblar.

Yığmamız bu nəticə ilə komanda hesabında beşinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti