...

Arda Güler əməliyyat olundu

İdman Materials 14 Avqust 2023 20:58 (UTC +04:00)
Arda Güler əməliyyat olundu

Bakı. Trend:

"Real"ın yeni transferi Arda Güler ​​sağ dizindən əməliyyat olunub.

Trend xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, əməliyyat uğurlu keçib.

Türkiyəli yarımmüdafiəçi iyulun 29-da Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. 18 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti