...

Azərbaycan idmançıları rusiyalı tələbələri məğlub edib (FOTO)

İdman Materials 21 Avqust 2023 16:26 (UTC +04:00)
Azərbaycan idmançıları rusiyalı tələbələri məğlub edib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Badminton üzrə Azərbaycan Universitetlərinin Birləşmiş Komandası bu gün Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Saratov Dövlət Universiteti ilə oyuna çıxıb.

Trend-in məlumatına görə, komandamız rusiyalı tələbələri ümumilikdə 3:2 hesabı ilə məğlub edib.

Oyunda Nigar Əliyeva (şəxsi), Nərmin Şərifova və Nigar Əliyeva (qoşa), Rəvan Niftəliyev və Nərmin Şərifova (qarışıq cütlük) fərqləniblər.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti