...

Güləşçimiz bürünc medal qazanıb (FOTO)

İdman Materials 22 Avqust 2023 16:06 (UTC +04:00)
Güləşçimiz bürünc medal qazanıb (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend :

Azərbaycanın yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festifalında bürünc medal qazanıb.

Trend xəbər verir ki ölkəmizi təmsil edən güləşçi Elvin İbadov (55 kq) Belarus təmsilçisi Aleksandr Huryeu 6:2 hesabla məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləN Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti