...

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

İdman Materials 29 Avqust 2023 10:52 (UTC +04:00)
Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

Azərbaycan Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti