...

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 29 Avqust 2023 14:15 (UTC +04:00)
Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq.

Trend xəbər verir ki, 10 kişi şahmatçı avqustun 31-də başlayacaq yarışda rapid və blits üzrə mübarizə aparacaqlar.

T.Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaq.

Qeyd edək ki, “Tata Steel Chess” beynəlxalq turnirinə sentyabrın 9-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti