...

Neymar Braziliya millisinin ən yaxşı bombardiri oldu

İdman Materials 9 Sentyabr 2023 08:54 (UTC +04:00)
Neymar Braziliya millisinin ən yaxşı bombardiri oldu

Bakı. Trend:

Braziliya millisinin hücumçusu Neymar Boliviya yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda dubl edib və bu, braziliyalılara rəqiblərini 5:1 hesabı ilə məğlub etməyə imkan verib.

Trend-in məlumatına görə, hazırda forvard Braziliya millisində 79 qola imza atıb. Bu göstəricidə o, millinin heyətində karyerasında 77 qol vuran əfsanəvi futbolçu Peleni ötüb.

Boliviya ilə matçda 17-ci dəqiqədə Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti