...

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 2800 reytinq xalı qazanıb

İdman Materials 15 Oktyabr 2023 22:25 (UTC +04:00)
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 2800 reytinq xalı qazanıb

Bakı. Trend:

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində 2800 reytinq xalı qazanıb.

Trend-in məlumatına görə, bu barədə Federasiyanın mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan idmançı ilk görüşündə İsveçrə təmsilçisi Tobias Kuenzidən hər iki setdə (21-12,21-13) üstün olub.

Növbəti qarşılaşmada Niderland bamdintonçusu Dennis Kopeni (21-15,21-17) mübarizədən kənarlaşdıran Dviçayo uğurlu çıxışın davamını 1/4 finalda da gətirib. O, bu dəfə digər niderlandlı Joran Kveekelə 2:0 (21-16,21-10) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Dviçayo finalın bir addımlığında yarışın qalibi danimarkalı Viktor Svendsenə uduzub- 0:2 (17-21,13-21).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti