Bakı. Trend:
Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə yekun vurulub.
Bu barədə Trend-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan şahmatçısı Xaqan Əhməd 12 yaşlılar arasında mükafatçılar sırasında yer almağa nail olub.
Şahmatçı 8 xalla üçüncü yeri tutub və bürünc medala layiq görülüb. Bu yaş kateqoriyasında Vyetnam şahmatçısı Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb.
12 yaşlılar arasında Paşam Əlizadə isə 5-ci olub.
8 yaşlı qızların yarışında Mehriban Əhmədli də beşinci pillədə başa vurub.