...

Tanınmış futbolçunun sevgilisinin anası qarət edilib

İdman Materials 8 Noyabr 2023 20:47 (UTC +04:00)
Tanınmış futbolçunun sevgilisinin anası qarət edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Braziliya millisinin üzvü, eyni zamanda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın sevgilisinin anasının evini qarət ediblər.

Trend xəbər verir ki, hadisə Braziliyanın Kotia şəhərində baş verib.

Bildirilir ki, üç nəfər Neymarın sevgilisinin anasının evinə soxulub, qadının ağzını bağlayıb, ona və ərinə silah tuşlayıb. Soyğunçular ümumi dəyəri təxminən 120 min dollar olan zinət əşyaları, saatlar və dizayner çantalarını oğurlayıblar.

Onlar Neymarın sevgilisi Bruna Byankardi və onların yeni doğulmuş qızlarının harada olması ilə də maraqlanıblar.

Sonradan Neymar və Byankardi sosial şəbəkədə özləri ilə bağlı hər şeyin qaydasında olduğunu bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti