...

Əliyar Ağayev AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat aldı

İdman Materials 14 Noyabr 2023 14:20 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Helsinkidə Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.

Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də Helsinki Olimpiya Stadionunda oynanılacaq.

Xəbər lenti

Xəbər lenti