Bakı. Trend:
Bolqarıstanın gənclər və idman naziri Dimitar İliyev Azərbaycana səfəri çərçivəsində Bakıda yerləşən bir sıra idman obyektlərinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dimitar İliyev həmçinin, Milli Gimnastika Arenasını ziyarət edib.
Bolqarıstanlı nazir Milli Gimnastika Arenasının infrastruktur imkanları, burada həyata keçirilən layihələr barədə məlumatlandırılıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)