Bakı. Trend:
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" bu mərhələdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.
Digər cütlüklər isə aşağıdakı kimidir:
Avropa Liqasında 1/16 final cütləri
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)
"Milan" (İtaliya) - "Renn" (Fransa)
"Lans" (Fransa) - "Frayburq" (Almaniya)
"Yanq Boyz" (İsveçrə) - "Sportinq" (Portuqaliya)
"Benfika" (Portuqaliya) - "Tuluza" (Fransa)
"Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
"Qalatasaray" (Türkiyə) - "Sparta" (Çexiya)
"Şaxtyor" (Ukrayna) - "Marsel" (Fransa)
Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.