...

Ronaldoya növbəti mükafat təqdim olunacaq

İdman Materials 5 Yanvar 2024 10:10 (UTC +04:00)
Ronaldoya növbəti mükafat təqdim olunacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo kolleksiyasına daha bir mükafat əlavə edəcək.

Trend xəbər verir ki, o, ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatına layiq görüləcək.

Məlumata görə, mükafat yanvarın 19-da Dubai Globe Soccer Awards 2023-də təqdim olunacaq. Həmçinin oxuyun: Ronaldo anasına bahalı hədiyyə aldı - Şəkillər

"Qızıl top"un beşqat sahibi 2023-cü ildə "Əl Nəsr" və Portuqaliya millisində ümumilikdə 54 qol vurub. 38 yaşlı hücumçu bombardirlər yarışında PSJ-dən Kilian Mbappe (52 qol), “Bavariya”dan Harri Keyn (52), “Mançester Siti”dən Erlinq Haalandı (50) qabaqlayıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 18 matçda 20 qol vurub və 9 qolun ötürməsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti