...

Xavi mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcək

İdman Materials 28 Yanvar 2024 02:06 (UTC +04:00)
Xavi mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xavi 2023/24 mövsümünün sonunda İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi postunu tərk edəcək.

Trend-in məlumatına görə, bu barədə baş məşqçi mətbuat konfransı zamanı deyib.

"Geri dönüşü olmayan həddə çatmışıq. Bu gün klubun idarə heyəti ilə danışdım və bildirmək istərdim ki, iyunun 30-da “Barselona”nın baş məşqçisi postunu tərk edəcəyəm. Dəyişiklik vaxtıdır və klubun dinamikada dəyişikliyə ehtiyacı var", - deyə Xavi bildirib.

Qeyd edək ki, Yanvarın 27-də “Barselona” öz meydanında İspaniya çempionatında “Vilyarreal”a (3:5), yanvarın 24-də Kral Kubokunun 1/4 finalında “Atletik”ə (əlavə vaxtdan sonra 2:4), yanvarın 14-də isə İspaniya Superkubokunun final oyununda “Real Madrid”ə (1:4) məğlub olub. 21 oyundan sonra komanda 44 xalla İspaniya çempionatında üçüncü pillədə qərarlaşıb və lider "Real Madrid"dən 10 xal geri qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti