...

Azərbaycan milliləri Ermənistanla eyni qrupda

İdman Materials 6 Fevral 2024 20:00 (UTC +04:00)
Azərbaycan milliləri Ermənistanla eyni qrupda
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

18 yaşlı oğlanlar arasında keçiriləcək basketbol üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri bəlli olub.

Trend Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda C divizionunun B qrupunda, Moldova, Ermənistan və Monako yığmalarına rəqib olacaq.

Qeyd edək ki, Avropa çempionatı 23-28 iyul Albaniyanın Elbasan şəhərində keçiriləcək.

Eyni tarixlərdə Azərbaycanın qızlardan ibarət U-18 millisi Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyulda Cəbəllütariqdə keçiriləcək Avropa çempionatında Azərbaycanın 16 yaşadək qızlardan ibarət komandası da Ermənistanla eyni qrupda yer alıb. C divizionunun A qrupunda yarışacaq Azərbaycan yığması Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti