...

Milli komandaya qara sarğı qadağası

İdman Materials 7 Fevral 2024 19:19 (UTC +04:00)
Milli komandaya qara sarğı qadağası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikası millisinin Kot-d’İvuarla bugünkü yarımfinal matçında qara sarğı taxmasına icazə verilməyib.

Trend xəbər verir ki, yığma üzvləri son günlər qeyri-sabit siyasi vəziyyət səbəbindən Konqonun Qoma şəhərininin kütləvi şəkildə boşaldılmasına görə meydana qarşı sarğı ilə çıxmaq istəyiblər. Lakin turnirin təşkilatçıları yığmanın bu istəyinə qarşı çıxıb.

Bu gecə keçiriləcək Kot-d’İvuar - Konqo DR matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Qoma şəhərinin sakinləri qonşu ölkə olan Ruandaya üz tutur. 2019-cu ilə qədər bu şhərdə yarım milyondan çox insan yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti