...

"Fənərbaxça"dan hücumçu transferi

İdman Materials 9 Fevral 2024 19:54 (UTC +04:00)
"Fənərbaxça"dan hücumçu transferi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça" hücum xəttini gücləndirib.

Trend xəbər verir ki, "Fatih Karagümrük"dən Sərdar Dursun icarəyə götürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu mövsümün sonuna kimi "Fənərbaxça"da çıxış edəcək.

Qeyd edək ki, Sərdar Dursun 2023-cü ilin yayında "Fənərbaxça"dan ayrılaraq azad agent kimi "Fatih Karagümrük"ə keçmişdi. Türkiyə millisinin üzvü bu mövsüm "Fatih Karagümrük"də 22 matçda 3 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti