...

⁠Filip Ozobiçdən “Qarabağ” – “Braqa” oyununa PROQNOZ

İdman Materials 22 Fevral 2024 15:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa” cütünün favoritini açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün təşkil olunan mətbuat konfransında iştirak edən 33 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı ilə bağlı fikirlərini bildirib.

“Neftçi”yə keçənə qədər 5 il “Qarabağ”ın formasını geyinən xorvat futbolçu mərhələni keçəcək komanda ilə bağlı proqnoz verib: “Braqa” çox ciddi komandadır. “Qarabağ” ilk matçda yaxşı nəticə göstərdi. Çətin oyun olacaq. Ancaq “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inanıram”.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti