...

Cüdoçumuz Qran-Pri turnirində gümüş medal qazanıb

İdman Materials 9 Mart 2024 22:34 (UTC +04:00)
Cüdoçumuz Qran-Pri turnirində gümüş medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Adil Osmanova məğlub olub.

Bu gün mübarizəyə qoşulan Aytac Qardaşxanlı (63 kiloqram) isə yarışı medalsız başa vurub.

Ötən gün yığmanın digər üzvləri Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) da uğursuz nəticə göstəriblər.

Martın 10-da Camal Qamzatxanov (+100 kiloqram) qüvvəsini sınayacaq.

Turnirdə 82 ölkədən 568 idmançı mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti