...

Azərbaycan çempionunun mükafatlandırılacağı vaxt müəyyənləşdi

İdman Materials 28 Mart 2024 13:41 (UTC +04:00)
Azərbaycan çempionunun mükafatlandırılacağı vaxt müəyyənləşdi

Bakı. Trend:

Azərbaycan çempionunun mükafatlandırma mərasiminin keçiriləcəyi vaxt böyük ölçüdə məlumdur.

Trend-in İdman.biz-ə istinadən xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda çempionluğu təmin etsə, mükafatını həmin gün almayacaq.

Qurban Qurbanovun yetirmələri sabah “Kəpəz”lə oyunda qızıl medalı rəsmiləşdirsə, böyük ehtimalla çempionluq kubokunu sonuncu ev oyununda alacaq. Bu da Premyer Liqanın XXXV turuna təsadüf edəcək. “Qarabağ” “Turan Tovuz”la mayın 19-dakı matçdan sonra mükafatlandırılacaq.

Qeyd edək ki, hazırda 66 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ” “Kəpəz”lə sabahkı oyunda uduzmasa, ardıcıl 3-cü, ümumilikdə 11-ci dəfə Azərbaycan çempionu adını qazanacaq.

Xəbər lenti

Xəbər lenti