...

Premyer Liqa klubunun 2 xalı silinib

İdman Materials 8 Aprel 2024 20:00 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin “Everton” klubu növbəti dəfə xal cəzasına məruz qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin hesabından daha 2 xal silinib.

Buna maliyyə qaydalarının pozulması səbəb olub. Cəza 2022/23 mövsümündə bitən üçillik dövrdəki maliyyə fəaliyyətinə görə verilib.

Bu klubun ilk cəzası deyil. Cari mövsüm “Everton”dan 10 xal da silinib. Klubun apelyasiyasından sonra həmin cəza 6 xala endirilib.

Qeyd edək ki, “Everton” 27 xalla 16-cı pilləyə yuvarlanıb.

Xəbər lenti

Xəbər lenti